BAKI, 3 may - Sputnik. Bu il mayın 15-dən etibarən Türkiyəyə gələcək 15 ölkənin vətəndaşları üçün COVID-19 (PSR) testi məcburiyyəti ləğv edilir.
Bu barədə “Türk Hava Yolları” aviaşirkətinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd edilib ki, mayın 15-də qüvvəyə minəcək yeni qərara əsasən, Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tailand, Cənubi Koreya, İsrail, Yaponiya, Birləşmiş Krallıq, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələcək sərnişinlərdən COVID-19 testi tələb edilməyəcək.