BAKI, 3 may — Sputnik. Ermənistan Parlamenti xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə 3, əleyhinə bir deputat səs verib.
Yetmiş beş deputat isə bitərəf qalıb. Belə ki, "Mənim addımım" fraksiyası bitərəf qalıb, müxalif "Çiçəklənən Ermənistan" fraksiyası səsvermədə iştirakdan imtina edib, "Maariflənmiş Ermənistan" fraksiyası onun namizədliyinin əleyhinə səs verib.
Səsvermə əvvəlcədən razılaşdırılmış ssenariyə uyğun gedib: Paşinyan indi baş nazir seçilmir, bir həftədən sonra keçirilən səsvermədə seçilmir və nəticədə parlament buraxılır və növbədənkənar seçkilər keçirilir.
İkinci səsvermə mayın 10-u keçiriləcək.
Parlament buraxıldıqdan sonra Ermənistan Prezidenti növbədənkənar parlament seçkiləri elan edir. Paşinyan seçkilərin iyunun 20-si keçirilməsini planlaşdırır.