Mədəniyyət naziri bu gün işə çıxacaq

Qafarzadə bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: "Cənab nazirin verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Aprel ayının 16-da koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimov sağalıb.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

Qafarzadə bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: "Cənab nazirin verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub".

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.