CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beyin infarktı keçirən Əməkdar artist evə buraxılıb

Qeyd edək ki, beyin infarktı keçirən Əməkdar artistin müalicəsini Heydər Əliyev Fondu nəzarətə götürmüşdü. O, "Bona Dea International Hospital" klinikasında müalicə olunurdu
Sputnik

BAKI, 3 may — Sputnik. Beyin infarktı keçirən Əməkdar artist Pərviz Bağırov evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı P. Bağırovun iki gün öncə evə buraxıldığını, hazırda səhhətinin yaxşılaşmağa doğru getdiyini deyib: "Müalicəsini iki həftə ev şəraitində davam etdirəcək. İki həftə sonra isə fizioterapeya üçün yenidən xəstəxanaya yerləşdiriləcək".

Qeyd edək ki, beyin infarktı keçirən Əməkdar artistin müalicəsini Heydər Əliyev Fondu nəzarətə götürmüşdü. O, "Bona Dea International Hospital" klinikasında müalicə olunurdu.