SƏHİYYƏ

Azərbaycanda koronavirusa gündəlik yoluxma kəskin şəkildə düşdü

Azərbaycanda indiyədək ümumilikdə 321798 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 294784 nəfər müalicə olunaraq sağalıb.
Sputnik

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 321798 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 294784 nəfər müalicə olunaraq sağalıb, 4580 nəfər vəfat edib, aktiv xəstə sayı 22434 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Ölkədə son sutka ərzində 5180, hazırkı dövrədək isə 3267835 test aparılıb.