Türkiyə terrorçulara qarşı əməliyyatları davam etdirir

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, bu əməliyyatlar əsnasında bir mağarada yerləri müəyyənləşdirilən 7 terrorçu məhv edilib.
Sputnik

BAKI, 3 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatlarını davam etdirir. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr terrorçulara zərbələr endiriblər.

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, bu əməliyyatlar əsnasında bir mağarada yerləri müəyyənləşdirilən 7 terrorçu məhv edilib. O qeyd edib ki, zərərsizləşdirilən terrorçulardan biri bölgəyə nəzarət edib.