BAKI, 2 may — Sputnik. İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.
Bu barədə “Report” xəbər verir.
Hadisə yerli vaxtla 06:02-də (Bakı vaxtı ilə 05:32) Moldan kimya zavodundakı sənaye zonasında qeydə alınıb.
Güclü yanğından sonra bir neçə partlayış baş verib. Hadisə yerinə 150 yanğınsöndürən və canlı qüvvə cəlb edilib. Zavodun bir hissəsi boşaldılıb.