HADİSƏ

Hindistanda koronavirusdan rekord həddə ölüm qeydə alınıb

İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.
Sputnik

BAKI, 2 may - Sputnik. Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib. Bu, koronavirusdan sutkalıq ölüm sayında rekorddur.

İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.