Ötən həftə də digər həftələr kimi hadisə baxımından zəngin oldu. Lakin onların arasında ikisini xüsusi qeyd etmək yerinə düşər.
ABŞ Prezidenti Cozef Baydenin Konqresin birgə iclasında etdiyi müraciət bu baxımından əhəmiyyət kəsb edir. Həmin çıxışda Bayden ABŞ hökumətinin yaxın dövrdə aparacağı siyasətin konturlarını göstərib.
Digər davam edən olay isə Hindistanda koronavirus qurbanlarının sayını təhlükəli həddə artmasıdır. Artıq bu ölkənin səhiyyə sistemi çökmüş vəziyyətdədir və digər ölkələrdən kömək umur. Meyidləri isə küçələrdə kütləvi şəkildə yandırırlar.
Ümumilikdə götürsək isə COVID-19 artıq bir ildən çoxdur ki, planetin gündəminə öz damğasını vurur.