SƏHİYYƏ

Ermənistanda koronavirusdan daha 11 nəfər ölüb

Ermənistan Respublikasında koronavirusa yoluxanların sayı artıq 216 min 863 nəfərə çatıb. Ölənlərin sayı 4 139-dur.
Sputnik

BAKI, 2 may — Sputnik. Ermənistanda son sutkada koronavirusa 267 yoluxma qeydə alınıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4 139-a çatıb. Xəstəlikdən sağalanların sayı 199 755 olub. Hazırda bu ölkədə 11 945 nəfər xəstəxanada koronavirusdan müalicə alır. Ümumilikdə Ermənistanda bu günədək 216 863 nəfər COVID-19-a yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.