"Yadplanetli" Boliviya sakinlərini qorxudub

Yerli Radio Mitre-nin verdiyi məlumata görə, naməlum canlı peyda olmamışdan əvvəl səmada gurultu səsləri eşidilib, daha sonra isə işıq haləsi və parıldayan üç obyekt peyda olub.
Sputnik

BAKI, 1 may — Sputnik. Boliviyanın Santa-Krus şəhərinin Monteaqudo məhəlləsinin sakinləri şəhərin küçələrində dolaşan yadplanetlini təsvir ediblər. Sputnik AzərbaycanDaily Star-a istinadən xəbər verir ki, naməlum canlının əllərində üç barmaq olub. Sakinlərin sözlərinə görə, çupakabranın (heyvanların qanını sormaqla yaşayan mifik canlı) iri gözləri olmasına rəğmən, o, kor təəssüratı bağışlayıb.

​Yerli Radio Mitre-nin verdiyi məlumata görə, naməlum canlı peyda olmamışdan əvvəl səmada gurultu səsləri eşidilib, daha sonra isə işıq haləsi və parıldayan üç obyekt peyda olub. Naməlum canlının bir müddət şəhərin küçələrində dolaşdıqdan sonra gözdən itdiyi qeyd olunur.

Xatırladaq ki, ötən ilin oktyabr ayında İngiltərənin Nort-Devon yaşayış məntəqəsinin Vulakomb çimərliyində yeri sakinlər müəmmalı dəniz canlısını müşahidə edərək təşvişə düşüblər.