İQTİSADİYYAT

Altmış altıdan yuxarı, ümidimizdən aşağı - strateji məhsul ucuzlaşır

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 1 may — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,16 dollar ucuzlaşaraq 66,55 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 1,31 dollar geriləyərək 67,25 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 1,43 dollar ucuzlaşaraq 63,58 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.