İsveçrədə dilənçilərlə qəribə mübarizə üsulu tapıblar, amma Aİ onu bəyənməyəcək

Bildirilir ki, əgər dilənçilər razılaşmanın şərtlərini pozarlarsa, polis onları İsveçrədən deportasiya edəcək.
Sputnik

BAKI, 1 may — Sputnik. İsveçrənin Bazel şəhərində dilənçilərlə maraqlı mübarizə üsulu tapıblar. 

Sputnik Azərbaycan bildirir ki, Basler Zeitung qəzetinin yazdığına görə, onları qeyri-adi razılaşmaya sövq edirlər: yazılı surətdə ölkəyə qayıtmamaq sözü verdikdən sonra dilənçilərə Avropanın istənilən şəhərinə bir başa bilet verilir.  

"Onlar İsveçrəyə qayıtmamaq haqda iltizam imzalayırlar, yəni müəyyən olunmuş müddət ərzində ölkəyə gəlmirlər", - yerli ədliyyə və təhlükəsizlik departamentinin nümayəndəsi Toprak Yerguz qəzetə müsahbəsində deyib.

Bildirilir ki, əgər dilənçilər razılaşmanın şərtlərini pozarlarsa, polis onları İsveçrədən deportasiya edəcək.