RUSİYA

Zaxarova: Qərb Rusiyanın qarşısının alınması üçün planlaşdırılmış kampaniya həyata keçirir

Rusiyanın Aİ-nin səkkiz nəfər məmuruna qarşı sanksiyaların tətbiqinə dair hərəkətləri "kollektiv Qərb tərəfindən qətiyyən dostluq xarakteri daşımayan, bəzən isə düşmənçilik səciyyəli hərəkətlərinə cavab tədbirləridir".
Sputnik

BAKI, 1 may — Sputnik. Qərb ölkələri Rusiya Federasiyasının qarşısının alınması məqsədini güdən, qabaqcadan işlənib hazırlanmış, planlaşdırılmış informativ-siyasi kampaniya həyata keçirir. Belə bir bəyanatla Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-ə müsahibəsində çıxış edib.

O qeyd edib ki, "uzun illər ərzində RF Avropa İttifaqındakı tərəfdaşlarına meydana çıxan məsələləri, problemləri mövcud diplomatik üsullarla", danışıqlar və məsləhətləşmələr yolu ilə həll etməyi təklif edib.

"Lakin ildən-ilə bütün problemlərə, həm real, həm də uydurma problemlərə qəsdən kütləvi səciyyə vermək tendensiyası güclənir. Bizim bunu konstruktiv dialoq yoluna qaytarmaq üçün istənilən cəhdlərimiz Aİ tərəfindən bloklanırdı", - deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmisi bildirib ki, Rusiyanın Aİ-nin səkkiz nəfər məmuruna qarşı sanksiyaların tətbiqinə dair hərəkətləri "kollektiv Qərb tərəfindən qətiyyən dostluq xarakteri daşımayan, bəzən isə düşmənçilik səciyyəli hərəkətlərinə cavab tədbirləridir".

Xatırladaq ki, ötən cümə günü Rusiya XİN ölkəyə girişinə qadağan qoyulmuş Aİ üzvü olan ölkə vətəndaşlarının soyadlarını açıqlayıb. Siyahıya Avropa Parlamentinin rəhbəri David Sassoli, habelə Avropa dəyərləri və aşkarlıq məsələləri üzrə komissar Vera Yurovanın da adı daxil edilib.

Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müsahibəsinin tam mətnini bu gün Sputnik Azərbaycan saytında oxuyun.