Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 may - Sputnik. Gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində, dairədə qeydə alınıb. Çağrışa gedən təcili yardım avtomobili minik maşını ilə toqquşub. Hadisə nəticəsində avtomobillər yararsız hala düşüb. Qəza zamanı sürücü və tibb işçisinin xəsarət aldığı bildirilir. Qeyd edək ki, “Fiat Doblo” markalı təcili yardım avtomobili Yevlax Mərkəzi xəstəxanasına məxsusdur. Faktla bağlı araşdırma aparılır.