BAKI, 1 may — Sputnik. Yaponiyanın şimal-şərqində 6,8 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqindəki Miyaqi əyaləti yaxınlığında baş vermiş zəlzələ nəticəsində Fukusima Dai-içi və Daini atom elektrik stansiyalarının fəaliyyətində hər hansı anormallıq qeydə alınmayıb.
Ətraf bölgələrdən verilən məlumatlarda da hansısa ölüm və yaralanma halının olmadığı bildirilib. Ölkənin şimal-şərqindən keçən dəmiryolu reyslərində isə müvəqqəti təxirəsalmalar həyata keçirilib.