RUSİYA

RT və Sputnik-dən fərqli olaraq Rusiya "Meduza"nı diskriminasiyaya məruz qoymur - Zaxarova

Aprel ayında Latviyada qeydiyyata alınmış "Meduza" internet nəşrini RF Ədliyyə Nazirliyi xarici agent elan edib.
Sputnik

BAKI, 1 may Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-ə müsahibəsində bildirib ki, "Meduza" Rusiya Federasiyasında xarici agent elan olunmağına rəğmən, tam KİV kimi fəaliyyət göstərir. 

"Bizim üçün "Meduza" kütləvi informasiya vasitəsi olaraq qaldı. Onlar suallar göndərirlər - biz də cavab veririk. Onlar zəng edirlər - biz dəstəyi qaldırırıq. Bu mənada onları qəti olaraq heç bir halda diskriminasiyaya uğratmırıq. Nə vaxtdır RT və Sputnik səhifələrində ABŞ-ın rəsmi şəxsləri görünürlərmi? Yox. Onlar hətta bunu etməyəcəklərini gizlətmirlər də", - Zaxarova deyib. 

O vurğulayıb ki, bir çox Qərb ölkələrində nəinki RT ilə Sputniklə ünsiyyətdə məmurlara qadağa qoyulub, hətta Rusiya KİV ilə əməkdaşlığa görə insanlara hədə-qorxu gəlinir.

Zaxarova deyir ki, Rusiyanın qanunları Amerikadakı analoji qanunlardan daha yumşaqdır.

Aprel ayında Latviyada qeydiyyata alınmış "Meduza" internet nəşrini RF Ədliyyə Nazirliyi xarici agent elan edib.

Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın müsahibəsinin tam mətnini bu gün Sputnik Azərbaycan saytında oxuyun.