QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa keçmək istəyən Bərdə sakini polisi avtomobillə vurdu

Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 
Sputnik

BAKI, 1 may — Sputnik. Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb. 

Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Araşdırma aparılır.