RUSİYA

Patriarxdan Rusiya hökumət nümayəndələrinə: "Elə edin, tiraniyaya dönməsin"

Daha əvvəl isə Patriarx Kirill Rusiyanın Baş naziri Mixail Mişustini "kilsə-dövlət münasibətlərinin inkişafına töhfəsinə görə" birinci dərəcəli Daniil Moskovski ordeni ilə təltif etmişdi.
Sputnik

BAKI, 1 may - Sputnik. Moskva və bütün Rusiyanın patriarxı Kirill hökumətin bütün səviyyələrdəki nümayəndələrini tiraniyaya dönməmək üçün xəbərdar edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, "Birinci kanal"a müsahibəsində deyib.

"Rəhbər funksiyaları başqalarının azadlığının məhdudlaşdırılmasını da nəzərdə tutur, onları yerinə yetirərkən özünü hamıdan üstün sayıb qürurlanmaq olmaz, o zaman hakimiyyət tiraniyaya dönər", - Rusiya Pravoslav Kilsəsinin rəhbəri söyləyib.

Patriarx qeyd edib ki, bu sözlərlə həm kilsə, həm dünyavi hakimiyyətə, ruhanilərə və inanclılara müraciət edir.

Bundan bir qədər öncə Patriarx Kirill bəyan etmişdi ki, RPK ənənələrin və ailə dəyərlərinin qorunması məsələsində müsəlmanlarla həmrəydir. Onun sözlərinə görə, PRK-da islamla qarşılıqlı əlaqələr üzrə ekspert şurası yaradılıb.

Daha əvvəl isə Patriarx Kirill Rusiyanın Baş naziri Mixail Mişustini "kilsə-dövlət münasibətlərinin inkişafına töhfəsinə görə" birinci dərəcəli Daniil Moskovski ordeni ilə təltif etmişdi.