Kanada Johnson & Johnson peyvəndinin tətbiqini dayandırıb

Nazirlikdən onu da bildiriblər ki, adı çəkilən preparatın keyfiyyət, təhlükəsizlik və effektivlik nöqteyi-nəzərindən şübhələr aradan qaldırıldıqdan sonra yayılmasına icazə verilə bilər.
Sputnik

BAKI, 1 may — Sputnik. Kanada hökuməti ABŞ-ın Johnson & Johnson şirkətinin koronavirusa qarşı peyvəndinin ölkədə tətbiqini dayandırıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərar preparatın hazırlandığı müəssisənin bağlanmasından sonra onun keyfiyyəti ilə bağlı yaranmış şübhələrdən sonra qəbul olunub.

"Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda tətbiq olunacaq

Qeyd olunur ki, Johnson & Johnson peyvəndinin hazırlanmasında Emergent şirkətində istehsal olunan dərman vasitəsindən istifadə olunub. Lakin həmin preparat peyvənd olmamışdan əvvəl müəyyən emal prosesindən keçirilməli idi. Səhiyyə Nazirliyindən bildirilib ki, Johnson & Johnson peyvəndi ABŞ hüdudlarından kənarda hazırlanıb.

Nazirlikdən onu da bildiriblər ki, adı çəkilən preparatın keyfiyyət, təhlükəsizlik və effektivlik nöqteyi-nəzərindən şübhələr aradan qaldırıldıqdan sonra yayılmasına icazə verilə bilər.

Xatırladaq ki, aprel ayında ABŞ tənzimləyici qurumları peyvənd olunanlarda trombların yaranması barədə məlumatlarla əlaqədar olaraq Johnson & Johnson peyvəndinin qadağan olunmasına çalışıblar. Ərzaq və dərman vasitələrinin keyfiyyətinə nəzarət idarəsi (FDA) bildirib ki, ABŞ ərazisinə ümumilikdə həmin preparatdan 6,8 milyon doza gətirilib, peyvənd olunanlarda trombozların aşkarlanması isə cəmi 6 halda müşahidə olunub.