BAKI, 1 may - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Qalacıq kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan kadrları təqdim edir.
1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal olunan Qalacıq kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da düşmən tapdağından azad ediblər.
Qeyd edək ki, Azərbaycanın bir neçə rayonunda Qalacıq adlı kənd var. Cəbrayılın Qalacıq kəndi rayonun Hovuslu inzibati ərazi vahidinə daxildir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olub. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salındığı üçün belə adlandırılıb.