HADİSƏ

Paytaxtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Sputnik

BAKI, 1 may - Sputnik. Bakıda yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Nəsimi rayonunda doqquzmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin dəhlizində 10 ədəd elektrik sayğacı, kabel 2 p.m və dolab 1 m² sahədə qismən yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.