BAKI, 1 may - Sputnik. “ATƏT-in Minsk Qrupu fərqli bir mövqe ortaya qoymalıdır”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.
S.Markov deyib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər: “Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.