ÜST-dən Avropaya xəbərdarlıq

Bundan öncə Avropa Parlamentində məsələ qaldırılmışdı ki, vaksinasiya haqda sertifikatlar Avropa İttifaqında maksimum bir il ərzində tətbiq olunsun.
Sputnik

BAKI, 30 aprel - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı məhdudiyyətlərin vaxtından tez götürülməsinin koronavirusa yoluxmanı artıracağı barədə Avropa ölkələrinə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

ÜST-ün Avropa bölməsinin başçısı Hans Klüge deyib ki, bir çox Avropa ölkələri yaxın vaxtlarda məhdudiyyətləri yumşaltmağı planlaşdırır. Onun sözlərinə görə, tədbirlərin belə erkən ləğv edilməsi "istnilən ölkədə qasırğa yaratmağa qadirdir".

"Hindistan ssenarisi istənilən yerdə təkrarlana bilər", - o əlavə edib.

Klüge söyləyib ki, bu günədək Avropa əhalisinin minimum 16%-i ən azı bir doza koronavirus əleyhinə vaksin alıb. Xəstəliyin yayılmasına görə bölgə dünyada birincidir - 44,4 milyon insan yoluxub, bunlardan bir milyondan çoxu ölüb. 

Bundan öncə Avropa Parlamentində məsələ qaldırılmışdı ki, vaksinasiya haqda sertifikatlar Avropa İttifaqında maksimum bir il ərzində tətbiq olunsun.