Rəsmi Bakı İsrailə başsağlığı verdi

Ötən gün İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi "Twitter" hesabında paylaşıb.

"Meron dağındakı kütləvi Laq Ba-Omer tədbirindəki faciəvi hadisə ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə, həmçinin İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb.

Bundan əlavə, qeyd olunur ki, izdiham nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Onlardan 20-nin vəziyyəti kirtikdir.

İsrail Baş naziri baş verən faciə ilə bağlı başsağlığı verib. O, insidenti böyük fəlakət adlandırıb.

İsrail yaralıların və ölən şəxslərin cəsədlərinin təxliyəsi üçün ordunu tətbiq edib.

Qeyd edək ki, Laq Ba-omer bayramı zamanı tonqallar qalanır. Ən böyük mərasim Meron dağında baş verir. Bura ortodoksal iuadizm tərəfdarları toplaşır.