Qırğızıstan-Tacikistan sərhədində silahlar susmur - yenə atışma olub

Son məlumatlara görə, indiyə qədər münaqişə nəticəsində hər iki tərəfdən 13 nəfər həlak olub, 130 nəfər yaralanıb.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Qırğızıstan-Tacikistan sərhədində aprelin 30-da yeni atışma baş verib. Sputnik Azətbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin daxili işlər şöbəsi məlumat yayıb.

Xəbərdə deyilir ki, atışma səhər saatlarında Leylek rayonunda baş verib. Yaralılar arasında milis əməkdaşları da var. Sosial şəbəkələrdə Qırğızıstan ərazisində bir neçə kəndin Tacikistan vətəndaşları tərəfindən ələ keçirildiyi barədə məlumatlar yayılıb. Daxili işlər idarəsi bu məlumatı təsdiqləməyib, lakin inkar da etməyib.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində hər iki tərəfdən hərbçilərin iştirakı ilə atışma baş verib. Rəsmi Düşənbə hadisə qırğız tərəfinin əldə olunmuş razılıqlara rəğmən suayrıcı məntəqənin "qanunsuz ələ keçirilməsi" cəhdlərindən sonra baş verib. Qırğızıstan tərəfi isə hadisələrin əvvəlcə Tacikistan DİN xüsusi təyinatlılarının su hasarını minaatan, pulemyot və avtomatlardan atəşə tutması ilə başladığını bildirib.

Son məlumatlara görə, indiyə qədər münaqişə nəticəsində hər iki tərəfdən 13 nəfər həlak olub, 130 nəfər yaralanıb.