RUSİYA

Putin Təhlükəsizlik Şurasını topladı – Xəzər regiondakı duruma görə

Vladimir Putin: Mənə elə gəlir ki, bunun Rusiya üçün nə qədər vacib olduğunu bir daha danışmağa ehtiyac yoxdur.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Xəzər regionundakı vəziyyəti müzakirə edəcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Biz sizinlə bu gün əhəmiyyətli mövzunu – məhz Xəzər regionundakı vəziyyəti müzakirə edəcəyik. Mənə elə gəlir ki, bunun Rusiya üçün nə qədər vacib olduğunu bir daha danışmağa ehtiyac yoxdur. Bu, iqtisadi fəaliyyət və ən yaxın tərəfdaşlarımız və müttəfiqlərimizlə qarşılıqlı əlaqə məsələlərinə də aiddir. . Əlbətdə ki, bu, bütövlükdə Rusiyanın Xəzər regionundakı maraqlarının təhlükəsizliyini təmin etmək məsələlərinə aiddir", - deyə Putin qeyd edib.