İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsinə yenidən baxıb

Faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.
Sputnik

BAKI, 30 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.