SƏHİYYƏ

Bu gün nə qədər adam yoluxub və ölüb? Koronavirusla bağlı son günün statistikası

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25132 nəfərdir.
Sputnik

BAKI, 30 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25132 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, ötən müddət ərzində isə ümumilikdə 3 241 186 test aparılıb.