MƏDƏNİYYƏT

"Avroviziya 2021" mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq

Bildirilib ki, bileti olan şəxslər yalnız final, 2 yarımfinal və 6 məşqə buraxılacaqlar. İzləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar
Sputnik

BAKI, 30 aprel — Sputnik. Bu il Hollandiyada keçiriləcək "Avroviziya 2021" mahnı müsabiqəsi zamanı məhdudiyyətlər tətbiq olunacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında bildirilib.

Məlumatda qeyd olunub: "Rotterdamdakı "Axoy" zalına 3,5 mindən çox insan buraxılmayacaq ki, bu da zalın tutumunun 20 faizini təşkil edir. Müsabiqəyə yalnız 2020-ci ildə alınmış biletlər keçərli olacaq. Biletlərin geniş kütlə üçün satışı nəzərdə tutulmayıb".

Bildirilib ki, bileti olan şəxslər yalnız final, 2 yarımfinal və 6 məşqə buraxılacaqlar. İzləyicilər tədbirin başlanmasına 24 saat qalmış koronavirus testinin neqativ cavabını təqdim etməli olacaqlar. Müsabiqəni izləmək üçün tibbi maskaların taxılması mütləqdir.