Arnold Şvartseneger "Oskar" mərasimini tənqid etdi

Aktyor mərasimin ancaq 1/3-nə baxmaq üçün özündə güc tapdığını deyib, bundan sonra isə televizoru söndürüb. Şvartsenegerin sözlərinə görə, səhnədə olan istedadlar belə tədbiri darıxdırıcı olmaqdan xilas etməyib
Sputnik

BAKI, 30 aprel — Sputnik. Dünyanın tanınmış aktyorlarından olan Arnold Şvartseneger "Oskar" mükafatının təqdimetmə mərasimini kəskin təndiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun fikrincə, tədbir çox darıxdırıcı alınıb. Aktyor mərasimin ancaq 1/3-nə baxmaq üçün özündə güc tapdığını deyib, bundan sonra isə televizoru söndürüb.

Şvartsenegerin sözlərinə görə, səhnədə olan istedadlar belə tədbiri darıxdırıcı olmaqdan xilas etməyib.