CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Büdcədən hansı siyasi partiyalara vəsait ayrılıb?

Azərbaycanda 10 siyasi partiyaya bir milyon manata yaxın vəsait ödənilib. Vəsaitin ayrılması "Siyasi partiyalar haqqında" qanunun 17.1-ci maddəsinə uyğun aparılır
Sputnik

BAKI, 29 aprel — Sputnik. 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib.

Vəsaitin ayrılması "Siyasi partiyalar haqqında" qanunun 17.1-ci maddəsinə uyğun aparılır.