CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq

Bu il martın 30-da Nuşirəvan Məhərrəmli MTRŞ-nin üzvlüyündən səlahiyyət müddətinin biotməsi ilə əlaqədar çıxarılmışdı
Sputnik

BAKI, 29 aprel - Sputnik. Mübariz Ağali oğlu Əsgərov Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sənəddə Əsgərovun üzvlük müddəti 6 ildir.

Mübariz Əsgərov 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. "Qulp "satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olub. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.

Qeyd edək ki, bu il martın 30-da Nuşirəvan Məhərrəmli MTRŞ-nin üzvlüyündən səlahiyyət müddətinin biotməsi ilə əlaqədar çıxarılmışdı. O, 2003-cü ildən MTRŞ-nin üzvü idi. O həmçinin 2003-2020-ci illər ərzində Şuranın sədri vəzifəsində çalışmışdı.