Ermənistan Zəngəzurda neytral zona yaratmağı təklif etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyan bildirib ki, o zamana qədər hadisələrin qarşısının alınacağını söyləmək sadəcə fantaziyadır.
Sputnik

BAKI, 29 aprel — Sputnik. Zəngəzurda neytral zonanın yaradılması gələcəkdə burada baş verə biləcək hadisələrin qarşısını almağa imkan verəcək. Sputnik Ermənistan-ın məlumatına görə, bu açıqlama ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyan çıxış edib.

"Hər iki tərəfdən, xüsusilə də, bölgə sakinləri ilə digər tərəfin əsgərləri arasında təmasın istisna ediləcəyi neytral zona olmalıdır", – deyə Melkonyan bildirib.

Onun sözlərinə görə, məlum səbəblərdən delimitasiya və demarkasiya aparılmazdan əvvəl təhlükəsizlik barədə danışmağın yeri yoxdur.

"O zamana qədər hadisələrin qarşısının alınacağını söyləmək sadəcə fantaziyadır", - deyə direktor müavini qeyd edib.