İQTİSADİYYAT

Ekspert: “ABŞ-ın hesabatları neft bazarına təsirini göstərəcək”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, ABŞ-ın neft administrasiyanın neft ehtiyyatları və hasilatı ilə bağlı hesabatları bazara öz təsirini göstərəcək
Sputnik

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə artıb. API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 4 319 min barel artaraq 497 336 min barel təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, OPEC dünən başa çatan görüşündən sonra neft qiymətləri 66 dolları keçdi: “Bunlar bazara müsbət təsir edən amillər idi. ABŞ-ın neft administrasiyanın neft ehtiyyatları və hasilatı ilə bağlı hesabatları bazara öz təsirini göstərəcək. OPEC-in monitorinq komitəsi açıqlayıb ki, 113 faiz öhdəliklərə əməl edilib. Bu onu deməyə əsas verir ki, OPEC daxilində də nizam-intizam artır. OPEC daxilində baş verənlər bazara yönəlik addımlardır. Demək olar ki, bazar hazırkı vəziyyətdən məmnundur”.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır və mart ayında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.

İlham Şabanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz