SƏHİYYƏ

Azərbaycanda peyvənd olunanların sayı artdı

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1471579, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 959804 nəfər təşkil edir.
Sputnik

BAKI, 29 aprel — Sputnik. Azərbaycanda bu gün 15465 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9206 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1471579, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 959804, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 511775 nəfər təşkil edir.