RUSİYA

Avropa ölkələrinə çağırış etdilər: Rusiya diplomatlarını evlərinə göndərin

"Rusiya: Aleksey Navalnı işi, Ukrayna ilə sərhəddə hərbi gücün artırılması və Çexiyaya hücum" adlı qətnaməni 569 deputat dəstəkləyib, 67 nəfər əleyhinə səs verib, 46 nəfər isə bitərəf qalıb.
Sputnik

BAKI, 29 aprel - Sputnik. Plenar sessiyadakı debatların nəticəsi üzrə qətnaməsində Avropa Parlamenti Avropa İrrifaqı ölkələrini Çexiyaya dəstək məqsədilə "rusiyalı diplomatların koordinasiyalı şəkildə ölkələrdən çıxarılmasına" çağırıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, "Rusiya: Aleksey Navalnı işi, Ukrayna ilə sərhəddə hərbi gücün artırılması və Çexiyaya hücum" adlı qətnaməni 569 deputat dəstəkləyib, 67 nəfər əleyhinə səs verib, 46 nəfər isə bitərəf qalıb.

"Avroparlament Rusiyanın Çexiyanı hədələməsini qınayır, Aİ-nin müxtəlif ölkələrinin hökumtlərinin, diplomatik xidmətlərinin artıq qəbul edilmiş həmrəylik qərarlarını dəstəkləyir, Aİ ölkələrini "Skripalların işi"ndə olduğu kimi rusiyalı diplomatların koordinasiyalı şəkildə göndərilməsinə çağırır", - sənəddə deyilir.

Avroparlamentin beynəlxalq məsələlər üzrə qətnamələri məcburi deyil, deklarativ xarakter daşıyır. Ancaq Aİ-nin digər qurumları deputatların rəyinə qulaq asmalıdırlar.

Praqa aprelin ortalarında RF xüsusi xidmətlərini 2014-cü ildə Vrbetitsadakı hərbi sursat anbarının partladılmasında günahlandırıb. Bundan sonra Çexiya Rusiya səfirliyinin 18 diplomatını ölkədən çıxarıb. Cavabında Moskva Çexiya diplomatik missiyasının 20 əməkdaşını arzuolunmaz şəxs elan edib.