BAKI, 28 aprel — Sputnik. Əgər Moskva tərəfindən gərginlik olmazsa, Birləşmiş Ştatlarla Rusiya arasında bir sıra məsələlər üzrə danışıqlar mümkündür. Sputnik AzərbaycanCNN-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib.
"Prezident (Co Bayden – red.)... aydın şəkildə dedi ki, əgər Rusiya aqressiv və düşüncəsiz addımlar atarsa, biz cavab verəcəyik. O, həmçinin dedi ki, biz daha sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük verərdik, lakin son nəticədə bu, cənab Putindən asılıdır", - deyə Blinken qeyd edib.
Dövlət katibi əlavə edib ki, əgər Rusiya eskalasiyadan imtina edərsə, onda ABŞ onunla ümumi maraq kəsb edən məsələlər, məsələn, strateji sabitlik üzrə işləyə biləcək.