CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda avtobus zolaqlarından narazı olanlara Monte-Karlonu misal çəkdilər

"Moskva, Monte-Karlo, Parisdə də avtobus zolaqları təşkil olunur. Xüsusi zolaqların təşkili ilə avtobusların orta hərəkət sürəti artır".
Sputnik

BAKI, 28 aprel — Sputnik. "Avtobuslar üçün xüsusi zolaqlardan şikayət edirlər ki, bu zolaqlar tıxac yaradır. Bəli, bu, müəyyən yerlərdə yollarda sıxlığa səbəb olacaq, amma bu zolaqlar zəncirvari əlaqəli olanda müsbət nəticə alınır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, zolaqlar sərnişinlərin rahatlığı üçündür.

"Moskva, Monte-Karlo, Parisdə də avtobus zolaqları təşkil olunur. Xüsusi zolaqların təşkili ilə avtobusların orta hərəkət sürəti, faydalı iş əmsalı artır. Avtobus zolaqlarının salınması üçün 25 təklif verilib, 13-ü razılaşdırılıb, 10 belə zolaq təşkil edilib", - deyə V.Kərimli qeyd edib.