RUSİYA

Medvedev Rusiyada irqi ayrıseçkiliyin olmadığını deyib

"Hesab edirəm ki, əgər irqi ayrıseçkilikdən danışsaq, hər halda son 100 il ərzində, hətta bundan da çox müddət ərzində bu sahədə, məsələn, bizim Amerikada gördüklərimiz kimi əsaslı problemlər olmayıb".
Sputnik

BAKI, 28 aprel — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə irqi ayrıseçkilik haqqında fikirlərini bölüşüb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Medvedev Rusiyada artıq bir əsrdir ki, belə bir problemin olmadığını dilə gətirib.

"Hesab edirəm ki, əgər irqi ayrıseçkilikdən danışsaq, hər halda son 100 il ərzində, hətta bundan da çox müddət ərzində bu sahədə, məsələn, bizim Amerikada gördüklərimiz kimi əsaslı problemlər olmayıb", - deyə Medvedev qeyd edib.