BAKI, 28 aprel — Sputnik. Paytaxtda sərnişindaşımada çalışan sürücülərlə rəsmi əmək müqaviləsi bağlanılması təmin edilib. Beş il ərzində 860 sürücü üçün yeni iş yeri yaradılıb. Onlar bundan 220 000 manat gəlir əldə ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib.
Onun sözlərinə görə, 2020-ci ildə 478 avtobusda kart sistemi tətbiq edilib: ”Ümumilikdə 1107 avtobusda gediş haqqı kartla ödənilir. Gündəlik 600 000-ə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edilir. Hazırda avtobuslarda gediş haqqını sərnişinlərin 47 faizi nağd, 53 faizi nağdsız ödəyir".