Emin Əmrullayevin dörd ay əvvəl təyin etdiyi mərkəz direktoru vəfat edib

Təhsil İnstitunun tərkibindəki Metodiki Dəstək Mərkəzinin direktoru Namiq Nagiyev bu gün COVİD-19-dan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 
Sputnik

BAKI, 28 aprel - Sputnik. Təhsil İnstitunun tərkibindəki Metodiki Dəstək Mərkəzinin direktoru Namiq Nagiyev vəfat edib. 

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, N.Nağıyev bu gün COVİD-19-dan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, Namiq Nağıyev ötən ilin dekabrında təhsil naziri Emin Əmrullayevin əmri ilə mərkəzin direktoru təyin olunmuşdu.