BAKI, 28 aprel — Sputnik. Küçədə duran “parkovşik”lərin arxasında duran himayədarlar var. Onlar bizim fəaliyyətimizə mane olurlar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin ( BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, hazırda Bakıda müxtəlif küçələrdə sürücülərdən vəsait yığan “parkovşik”lərin BNA-ya aidiyyatı yoxdur: "Parkinqin məqsədi ictimai nəqliyyatın inkişafı üçündür. Küçədə parkinqlərdən yığılan pullar BNA-ya daxil olmur. O parkinqlərin bizimlə yaxından-uzaqdan əlaqəsi yoxdur".