Azərbaycanda vaksin olunanların sayı açıqlandı

Bu günə qədər Azərbaycanda ümumilikdə 1456114 ədəd vaksin vurulub. Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 953545 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 502569 olub.
Sputnik

BAKI, 28 aprel — Sputnik. Bu gün Azərbaycanda 15871 nəfərə vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6711, ikinci mərhələdə isə bu rəqəm 9160 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1456114 ədəd vaksin vurulub. Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 953545 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 502569 olub.