BAKI, 28 aprel — Sputnik. Azad Rəhimov süni tənəffüs aparatına qoşulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə lent.az məlumat yayıb. Məlumata görə, nazir hazırda koma vəziyyətindədir. Həkimlərin ümidi azaldığı üçün Azad Rəhimovu Azərbaycana gətirməyə qərar veriblər.
Süni tənəffüs aparatına qoşulan nazir yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcək.
--------
13:52
Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov ağır vəziyyətdədir. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazirin ölümü barədə sosial şəbəkələrdə yayılan məlumatı şərh edərkən bildirib.
"Azad Rəhimov hazırda ağır vəziyyətdədir. Onun öldüyü barədə məlumat həqiqətə uyğun deyil. Mən Azad Rəhimovun yaxınları ilə əlaqədə saxlayıram, onlar da dedilər ki, vəziyyəti ağırdır", - Məmmədova deyib.
Bu ilin yanvarında Azad Rəhimovun ABŞ-da müalicə aldığı barədə xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, o, ağır vəziyyətdədir, ancaq Gənclər və İdman Nazirliyindən həmin xəbəri təkzib edərək, nazirin tezliklə vətənə qayıdacağını demişdilər.