BAKI, 28 aprel — Sputnik. Şənbə-bazar günlərində paytaxtda ictimai nəqliyyatın işləməməsi onların fəaliyyətinə ciddi təsir göstərir. Amma bu NK yanında Operativ Qərargahın qərarı ilə tənzimlənir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, ictimai nəqliyyatın saat 20:00-a kimi işləməsi təklifi keçərli deyil. Avtobuslar gün ərzində işləməlidir, yoxsa məhdud saatlarda işləməsi ciddi sıxlıq yarada bilər.