Rüstəm Behrudinin qardaşı oğlu intihar edib

"Behrud İnşaat" şirkərinin rəhbəri İlham Alməmmədov Facebook sosial şəbəkəsindəki hesabında oğlunun intihar xəbərini yayaraq bunları yazıb: "Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!!!".
Sputnik

BAKI, 27 aprel — Sputnik. Tanınmış şair Rüstəm Behrudinin qardaşı oğlu İsa Alməmmədov intihar edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ailənin dostları sosial şəbəkələrdə məlumat yayıblar. 17 yaşlı İsa Alməmmədov "Behrud İnşaat" şirkərinin rəhbəri İlham Alməmmədovun oğludur. Onun Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasından özünü atdığı bildirilir. Qeyd edək ki, İlham Alməmmədov Facebook sosial şəbəkəsindəki hesabında oğlunun intihar xəbərini yayaraq bunları yazıb: "Namərd adamlar, siz mənim oğlumu öldürdünüz!!!".