Prezident Şəmkirin icra başçısını vəzifədən azad edib

İlham Əliyevin sərəncamı ilə Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sputnik

BAKI, 27 aprel — Sputnik. Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ötən gün yerli media və sosial şəbəkələrdə Alimpaşa Məmmədovun, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin bir neçə məsul əməkdaşının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan xüsusi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumat yayılmışdı.