CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nadir Qafarzadə: "Sıra məndədir, çox yorulmuşam, çox. Cənnətdə görüşərik"

"Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" - səni də apardı tufanlar, sənətkar. Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol"
Sputnik

 

BAKI, 27 aprel — Sputnik. Ötən gün Əməkdar artist Baloğlan Əşrəfovun dünyasını dəyişməsi xəbəri hər kəs kimi mərhumun sənət yoldaşlarını da məyus edib. Sputnik Azərbaycan xəbər verir ki, onlar bu xəbərdən çox üzülərək onunla bağlı paylaşımlar ediblər.

Müğənni Nadir Qafarzadə də "Instagram" hesabında Baloğlan Əşrəfov haqqında paylaşım edib. Onun paylaşımı izləyicilərini şoka salıb: "Bu da son...Ömrün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu, çox..."Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" - səni də apardı tufanlar, sənətkar. Heç inanmaq istəmirəm nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndədir, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".