Mötəbər qurum ilk iclasını keçirdi – Sürpriz olmadı

Məzahir Məhəmməd oğlu Pənahov 2000-ci ildən etibarən ölkənin ali seçki qurumuna - Mərkəzi Seçki Komissiyasına rəhbərlik edir.
Sputnik

BAKI, 27 aprel — Sputnik. Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Məzahir Pənahov yekdilliklə yenidən qurumun sədri seçilib.

Həmçinin ilk iclas zamanı Rövzət Qasımov MSK-nın sədr müavini seçilib.